Gələn il Marsa robot göndərmək istəyir

Dünya
18-02-2025 - 11:48
Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti Marsa süni intellektlə təchiz edilmiş avtonom robotlarla kosmik gəmi göndərməyi planlaşdırır.
Ajans.az xəbər verir ki, bu barədə məlumatı İlon Mask öz “X” hesabında paylaşıb.
O bildirib ki, sözügedən missiya 2026-cı ilin noyabrında baş tuta bilər.
Həmin robotlar isə İ.Maskın “xAI Grok-3” süni intellekti ilə təchiz ediləcəklər.
Xarici KİV-də yer alan məlumata görə, “xAI Grok-3” riyaziyyat və proqramlaşdırma sahələrində “GPT-4o”, “Claude 3.5 Sonnet”, “Gemini-2 Pro” və “DeepSeek-V3” süni intellektlərini üstələyir.
Mövzular:
Oxşar xəbərlər
Yanvarın 1-dən etibarən kağız pullar artıq mağazalarda qəbul edilməyəcək - Bu ölkədə
Dünya08:17 / 27-12-24