Ermənistanın keçmiş xarici işlər naziri cərimələndi
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın təsis etdiyi Konsolidasiya partiyası korrupsiyanın qarşısının alınması üzrə komissiyaya 2023-cü il üçün maliyyə mənbələri, xərcləri və əmlakı ilə bağlı hesabat təqdim etməyib.
Ajans.az erməni KİV-nə istinadən xəbər verir ki, komissiya bu faktı qeydə alıb və qərarla partiyanın rəsmi nümayəndəsi Vartan Oskanyana 50 min dram məbləğində inzibati cərimə tətbiq edilib.
Komissiya keçmiş nazirə 30 gün ərzində pozuntu aradan qaldırılmasa, partiyanın fəaliyyətinin dayandırılmasının mümkünlüyü barədə də xəbərdarlıq edib.