Ərdoğan NATO-nun baş katibini qəbul etdi

Dünya
25-11-2024 - 14:36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada NATO-nun baş katibi Mark Rutteni qəbul edib.
Ajans.az xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
NATO-dan verilən yazılı açıqlamada Ruttenin bu gün Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər ilə görüşəcəyi bildirilib.