Egey dənizində yenə zəlzələ oldu

Dünya
07-02-2025 - 12:58
Yanvarın 26-dan etibarən Egey dənizində bir-birinin ardınca zəlzələlər baş verir.
Ajans.az xəbər verir ki, AFAD-ın məlumatına görə, indiyədək 750-dən çox zəlzələ qeydə alınıb.
Zəlzələlər Santorini adasından təxminən 25 kilometr şimal-şərqdə artıb və dərinlikləri 5 ilə 25 kilometr arasında dəyişib. Məlumata görə, Egey dənizində 4,8 bal gücündə daha bir zəlzələ baş verib.