Əfsanəvi serialla bağlı bu sirri özüylə məzara apardı

Xəbər verdiyimiz kimi, Türkiyə kinematoqrafiyasının tanınmış simalarından biri, məşhur serial və filmlərin rejissoru Osman Sınav 69 yaşında dünyasını dəyişib. Xərçəng xəstəliyindən müalicə olunan rejissor geridə onlarla yaddaqalan prodüserlik işi qoyub.
Ajans.az xəbər verir ki, Osman Sınav xüsusilə Türkiyə televiziyasının unudulmaz layihələrindən biri olan Kurtlar Vadisi serialının ilk 55 bölümunün rejissoru və prodüseri olub. Serialın reytinq rekordları qıran ilk mövsümündə onun rolu əvəzsiz idi. Daha sonra o, layihəni tərk edib və serial 97-ci bölümlə başa çatıb.
Sınav niyə Kurtlar Vadisindən ayrıldı?
Osman Sınavın serialı tərk etməsi uzun illər müzakirə mövzusu olub. Rəsmi açıqlamalarda onun digər layihələrə yönəlmək istədiyi bildirilsə də, bəzi iddialar serialdakı hadisələrin real həyatda müəyyən şəxsləri narazı salması ilə əlaqələndirilir.
Xüsusilə, Kurtlar Vadisinin 37-ci bölümündə Karagümrük dəstəsinə aid bir obrazın qətlə yetirilməsi real həyatda dəstə liderlərindən biri olan Nuri Ergini hiddətləndirib. Erginin serial prodüserlərini təhdid etdiyi barədə xəbərlər yayılıb.
Osman Sınav isə bu barədə heç vaxt konkret açıqlama verməyib. O, illər sonra iştirak etdiyi proqramların birində “Bu mənim üçün sirr olaraq qalacaq” deyə cavab verib.