Əvvəlcə pişik, sonra daş atdılar - Sərhəddə nə baş verir?

Ermənistan silahlı qüvvələrinin təxribatları davam edir. Onlar bu dəfə isə pişiyin üzərinə ismarıc yazaraq azərbaycan hərçilərinin olduğu tərəfə atırlar.
Ajans.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, bir neçə gün əvvəl isə Ermənistan ordusunun hərbçisi əlindəki daşı azərbaycanlı hərbçilərə atmasını əks etdirən video yayılmışdı.
Erməni hərbçilər bu hərəkətlərini ardıcıl olaraq təkrarlayır. Məqsədi tam dəqiq bilinməsə də, bir daha aydın olur ki, Ermənistan ordusunda nizam-intizam yerində deyil və Azərbaycanı təxribata çəkmək cəhdləri var.
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, Azərbaycan əsgəri bu hərbçini asanlıqla neytrallaşdıra bilərdi, amma təmkinli reaksiya verdi. Ekspert deyir ki, Ermənistan öz əsgərlərinin nizam intizamına diqqət etməli və bu cür təxribatçıları cəzalandırmalıdır
Əgər Ermənistan öz hərbçilərini cəzalandırmasa, bunu Azərbaycan özü təmin edəcək.
Daha ətraflı videomaterialda: