Məşhur müğənni narkomaniyadan əziyyət çəkir!
Rusiyalı müğənni Stas Pyexanın anası İlona Bronevitskaya Belarus telekanalında etiraf edib ki, oğlu narkomaniyadan ciddi əziyyət çəkir və onun müalicəsi mümkün deyil.
Ajans.az xəbər verir ki, sözügedən müsahibə gündəm olub. Anası daha sonra qeyd edib ki, oğlunun reabilitasiya mərkəzi də var.
Amma buna baxmayaraq onun narkotik istifadəsinin nəticələri geri dönülməzdir.
Bundan əvvəl də Stas Piexa çətin ruhi durumundan və tənhalıq hissindən danışıb. 44 yaşlı sənətçinin sözlərinə görə, xüsusilə qastrol səfərlərindən sonra boş evə qayıdanda tez-tez depressiya və narahatlıqla üzləşir.