Sumqayıt bulvarında 27 yaşlı oğlanın meyiti tapılıb

Hadisə
21-03-2025 - 16:20
Sumqayıtda 27 yaşlı oğlanın meyiti tapılıb.
Ajans.az xəbər verir ki, hadisə Sumqayıt bulvarı ərazisində qeydə alınıb.
1998-ci il təvəllüdlü Şəmşir Akif oğlu Məstiyevin meyiti açıq ərazidə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.