Cennifer Lopez ilk dəfə boşanmağından DANIŞDI
Cennifer Lopez ilk dəfə keçmiş əri, aktyor Ben Afflekdən ayrılmasına münasibət bildirib.
Ajans.az xəbər verir ki, bu barədə o , müsahibələrin birində danışıb. Jurnalistlərlə söhbətində müğənni etiraf edib ki, Affleklə “sevgi hekayəsi”nin bitməsi onun üçün əsl fəlakət olub. İndi yenidən yaşamağı öyrənməlidir.
“Mən yalnız sevinc və xoşbəxtliyə qadir olduğumu başa düşürəm. Kişi ilə münasibət məni müəyyən etmir. Mən xoşbəxtliyi başqalarında axtara bilmirəm və istəmirəm, onu öz içimdə tapmalıyam”, -deyə, sənətçi bildirib.