Biz millət olaraq millət deyilik! - Manaf Ağayevdən sərt sözlər…
![Biz millət olaraq millət deyilik! -](https://ajans.az/uploads/images/202502/image_940x_67ada70ad10b1.webp)
‘’Estetik prossedur etdirənlərə pis baxmıram. Xüsusi ilə incəsənət aləmindəsənsə, gözəl görünmək istəyirsən’’. ''Ajans.az'' xəbər verir ki, məşhur müğənni bu sözləri ‘’Qonaqcanlı’’ verilişində qonaq olarkən deyib.
Sənətçi bildirib ki, məni müasir biri kimi tanımasalar da əslində belə deyil:
‘’Qədərində olmaq şərtiylə müasir biriyəm. Əgər bir kişinin burnunda çəpər əyriliyi varsa, əməliyyat və yaxud başında tük yoxdursa, saç əkdirə bilər. Özüm belə, saç əkdirib boya qoyuram. Boyanın üstündə kişi şəkili varsa, orada bir qəbahət görmürəm. Lakin biz millət olaraq millət deyilik. İstəyirik ki, kimisə vurub-yıxaq. Ərəbistana getsək, bir dənə belə ağsaçlı adam tapa bilmərik. Hətta, onlar saçları ağarmasa belə, parlaqlıq üçün boya qoyurlar. Burada eyib bir şey yoxdur”.