Daşqın dəhşət saçdı- Şəhərlər suyun altında qaldı

Çinin cənubunda artıq üçüncü həftədir ki, fasiləsiz yağan yağışlar güclü daşqınlara səbəb olub.
Ajans.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, nəticədə iki nəfər itkin düşüb, yüzlərlə insan təhlükəsiz ərazilərə köçürülüb.
Səlahiyyətlilər əhalidən maksimum ehtiyatlı olmağı tələb edirlər. Onlar dörd ay əvvəl Validensiyada baş verən faciənin təkrarlanmasından narahatdırlar. Həmin hadisə zamanı ciddi itkilər qeydə alınmışdı.
Meteoroloqlar yaxın günlərdə də bölgədə yağıntılı hava şəraitinin davam edəcəyini bildirir. Hakim dairələr əhalini mümkün təhlükələrə qarşı hazırlıqlı olmağa və xəbərdarlıqlara əməl etməyə çağırırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.