İtkin şəhid Atakişi Atayev dəfn edildi

Cəmiyyət
19-03-2025 - 12:41
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Atakişi Qəhrəman oğlu Atayev paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
Ajans.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, qazilər iştirak ediblər.
İtkin şəhid yaylım atəşi və Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb.
Xatırladaq ki, o, 1992-ci il iyunun 27-də Xocalı rayonunun Naxçıvanlı kəndi ərazisində itkin düşmüşdü.
Mövzular:
Oxşar xəbərlər
Ermənistan cinayətlərinin unudulacağına inanırsa, böyük səhv edir - Hikmət Hacıyev
Cəmiyyət10:42 / 08-03-25