Gürcüstanda parlament seçkiləri başlayıb

Gürcüstanda parlament seçkiləri başlayıb
Gürcüstan
Dünya 26-10-2024 - 09:57

Gürcüstanda parlament seçkiləri keçirilir.

Ajans.az xəbər verir ki, oktyabrın 26-da keçirilən seçkilərdə seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfər olub.

Oktyabrın 26-da keçiriləcək seçkilərdə 18 seçki subyekti qeydə alınıb:

“Gürcüstanın Birlik və İnkişaf Partiyası” – Kamal Muradxanov – N3; “Dəyişiklik Koalisiyası Qvaramiya, Melia, Girçi, Droa”, sədr Nikanor Melia, həmsədr Nika Qvaramiya - N4; “Birlik-Milli Hərəkat”, sədri Tinatin Bokuçava – N5 “Avropa Demokratları”, sədr Paata Davitaya – N6; “Gürcüstan Patriotlar Alyansı”, Sədr David Tarxan-Mouravi N8; “Güclü Gürcüstan – Lelo, xalq üçün, azadlıq üçün”, sədr Mamuka Khazaradze – N9; “Gürcüstan İşçi Partiyası”, sədri Şalva Natelaşvili – N10; “Bizim Vahid Gürcüstanımız”, sədr İsaki Qiorqadze – N12; “Gürcüstanı dəyişdir”, sədr Giorgi Qaqnidze - N16; “Gürcüstan”, sədr Giorgi Liluaşvili - N17; “Azad Gürcüstan”, sədr Kaxa Kukava - N20; "Tribuna", sədr David Çiçinadze - N21; “Çven”, David Katsarava – N23; “Gürcüstan üçün Qaxariya”, sədr Giorgi Qaxaria - N25; “Sol Alyans”, sədri Konstantin Ququşvili N26; “Gürcüstan Birliyi”, Qayoz Mamaladze – N27; “Girçi”, sədr Yaqo Xviçia – N36; “Gürcü arzusu”, sədr İrakli Qaribaşvili – N41.

Gürcüstanda parlament seçkiləri ilk dəfə elektron texnologiyalardan istifadə etməklə keçirilir. Bu yolla seçicilər məntəqələrin 90%-dən çoxunda səs verəcəklər.

PAYLAŞ: