Rusiyanın Baş Qərargah rəisi vacib açıqlama YAYDI

Rusiyanın Baş Qərargah rəisi vacib
Baş qərargah rəisi
Dünya 18-12-2024 - 18:01

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində irəliləyişini dayandırıb, aviasiya və artilleriya əraziyə keçmək cəhdlərini dayandırıb.

Ajans.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

“Hazırda silahlı birləşmələrin və əcnəbi muzdluların dağıdılması və işğal olunmuş yaşayış məntəqələrindən çıxarılması davam edir. Kursk sərhəd zonasında gedən döyüşlər zamanı düşmən 42 mindən çox insan, 1800-dən çox tank və zirehli texnika, 350-dən çox artilleriya qurğusu, minaatan və reaktiv yaylım atəşi sistemini itirib”, - deyə o, xarici dövlətlərin hərbi attaşeləri üçün keçirdiyi brifinqdə bildirib.

Əvvəllər Qərb mediası yazıb ki, Kursk vilayətində çətin hava şəraiti səbəbindən Ukrayna Silahlı Qüvvələri müdafiəyə keçmək məcburiyyətində qalıb, onların regionda vəziyyəti getdikcə daha fəlakətli olur: əsgərlər qar, çamur və siçovullardan şikayətlənir. Eyni zamanda, rus qoşunları kənd-kənd sərhəd bölgəsini azad etməkdə davam edir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: