Cəsədi tapılan aktyorun ölüm səbəbi bilindi

Cəsədi tapılan aktyorun ölüm səbəbi bilindi
Dünya 08-03-2025 - 19:55

Keçən həftə ABŞ-nin Nyu-Meksiko ştatındakı evlərində ölü tapılan Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın bir həftə içində öldükləri müəyyən edilib.

Ajans.az bildirir ki, “The New York Times”ın xəbərinə görə, cütlüyün ölümünü araşdıran səhiyyə rəsmisi Heather Jarrell yeni tapıntılarla bağlı açıqlamalar verib.

Jarrel, yarılmada "hantavirus" səbəbiylə öldüyünü təyin edən Arakavanın 11 fevraldan sonra heç bir hərəkət etmədiyini və o gün öldüyünü düşündüklərini ifadə edib.

Digər tərəfdən, Alzheimer xəstəliyini irəliləyən Hackmanın həyat yoldaşından bir həftə sonra, fevralın 18-də ürək xəstəliyinə bağlı səbəblərdən öldüyü düşünülür. 

PAYLAŞ: