Koreyada qırıcı səhvən şəhəri bombaladı: 15 yaralı - Video

Cənubi Koreyada təlimlər zamanı KF-16 qırıcı təyyarəsi səhvən Poçhon şəhərində yaşayış məntəqəsinə 8 ədəd MK-82 bombası atıb.
Ajans.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 7 nəfər yaralanıb. Onlardan dördünün vəziyyəti ağırdır.
“KF-16 qırıcısı tərəfindən planlaşdırılmamış yerə atılan MK-82 bombaları sınaq meydançasından kənara düşüb və mülki şəxslərə ziyan vurub. Hərbi Hava Qüvvələri qəzanın səbəblərini araşdırmaq və mülki şəxslərə dəyən ziyanı qiymətləndirmək üçün komissiya yaradacaq”, - məlumatda bildirilib.
***
Hadisə zamanı 15 nəfər yaralanıb. Bir neçə yaşayış binası və kilsə də zərər görüb.
Məlumata görə, hərbi təlimlər Poçhon şəhərindəki Seungjin poliqonu ərazisində hava və quru qüvvələrinin, eləcə də ölkədə yerləşən ABŞ hərbçilərinin iştirakı ilə keçirilir.