Çeçenistanda hərbi məktəbə PUA hücumu oldu

Çeçenistanda hərbi məktəbə
Dünya 29-10-2024 - 07:54

Bu gün səhər saatlarında Çeçenistanın Qudermes ərazisində PUA hücumu olub.

Ajans.az xəbər verir ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələrinə məxsus olan Universitet ərazisindəki istifadəyə yararsız binanın damı yanıb.

Hadisə ilə Çeçenistan lideri Ramzan Kadırov öz "Telegram" kanalında məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya yaralanan yoxdur. Həmçinin yanğın artıq söndürülüb.

PAYLAŞ: