Bu qidaları övladınızın rasionundan dərhal çıxarmalısınız
Bəzi qidaları məktəblilərin pəhrizindən çıxarmaq daha yaxşıdır.
Ajans.az xəbər verir ki, bunu məşhur pediatr Elena Pozdnyakova bildirib. Pediatr uşaqlar üçün ən təhlükəli məhsulları sadalayıb.
Onun sözlərinə görə, məktəblilərin fast food, energetik içkilər və çipslərdən istifadə etməsi çox zərərlidir, qazlı suya isə çox məhdud miqdarda icazə verilir. Mayonez və ketçup da arzuolunmazdır. Çünki bu məhsullar mədə-bağırsaq sisteminə mənfi təsir edir və uşaqlarda çəki artımına səbəb olur.
Pozdnyakova həmçinin bildirib ki, belə məhsullara aludəçilik təkcə müvəqqəti problemlərə deyil, həm də mədə-bağırsaq traktının xroniki xəstəliklərinə: qastrit, duodenit, mədə və onikibarmaq bağırsağın iltihabına səbəb ola bilər. Bu məhsullar mədəaltı vəzinin fəaliyyətinə də mənfi təsir göstərir, enerji içkiləri isə öz növbəsində sinir və ürək-damar sistemi üçün təhlükə yaradır.