Biləsuvarda 31 yaşlı narkotacir saxlanıldı

Biləsuvarda 31 yaşlı narkotacir
narkotacir
Dünya 12-01-2025 - 07:38

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə 31 yaşlı Mirilyas Ağayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ajans.az-a verilən məlumata görə, ondan ümumilikdə 3 kiloqram marixuana və metamfetamin, həmçinin 144 ədəd metadon həbi aşkarlanıb. M.Ağayevin narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

PAYLAŞ: