BƏƏ-dən GÖZLƏNİLMƏZ ADDIM – KRİPTOVALYUTADA YENİLİK!
Birləşmiş Ərəb Əmirliklərinin Federal Vergi İdarəsi (FTA) ölkənin Əlavə Dəyər Vergisi (ƏDV) qaydalarına əhəmiyyətli dəyişikliklər edib.
Ajans.az xəbər verir ki, BƏƏ-də virtual aktivlər, o cümlədən kriptovalyutalar ƏDV-dən azad olunub. Sözügedən dəyişikliklər 2 oktyabrda qüvvəyə minib. Bundan əlavə, qayda 1 yanvar 2018-ci il tarixindən etibarən, yəni o dövrü əhatə edəcək şəkildə tətbiq edilib. Buna görə də o dövrdə virtual aktivlərlə iş aparan bizneslər daha öncə ödədikləri ƏDV-ni geri almaq fürsətinə yiyələnib.
Verilən qərar kriptovalyuta istifadəçilərini xeyli sevindirib.