Azərbaycanın ən böyük tərəfdaşı KİMDİR?
2026-cı ilin ilk altı ayında Azərbaycanın ən böyük ticarət tərəfdaşları İtaliya, Böyük Britaniya və Türkiyə olub.
Ajans.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarət statistikasında qeyd olunub.
Məlumata görə, hesabat dövründə Azərbaycanla İtaliya arasında 5 milyard 760 milyon 245 min ABŞ dolları təşkil edib. Bu ölkənin ümumi ticarət dövriyyəsinin 23,36 faizinə barabərdir.
3 milyard 621 milyon 991 min 260 ABŞ dolları ilə Böyük Britaniya, 2 milyard 811milyon 440 min 70 ABŞ dolları ilə Türkiyə ilk üçlükdə qərarlaşıb.
Sonrakı yerlərdə 2 milyard 222 milyon 637 min 30 ABŞ dolları ilə Çin, 1 milyard 728 milyon 271 min 240 ABŞ dolları ilə Rusiya və 574 milyon 946 min 110 ilə Gürcüstan yer alıb.
Mələksəda Ziyad
Mövzular: