Meyvə-tərəvəz ixracı 139 milyon dolları ötüb
2026-cı ilin iyun ayında Azərbaycandan 75 min 185,41 ton meyvə və tərəvəz ixrac edilib.
Ajans.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin 2026-cı ilin yanvar-may və yanvar-iyun ayları üzrə açıqladığı xarici ticarət statistikasının müqayisəsindən məlum olub.
Belə ki, 2026-cı ilin ilk beş ayında ölkədən 354 milyon 853 min 160 ABŞ dolları dəyərində 294 min 160,27 ton meyvə və tərəvəz ixrac edilib. İlk altı ayın yekununda isə bu göstərici 493 milyon 955 min 500 ABŞ dollarına və 429 min 345,68 tona yüksəlib.
Hesablamalara əsasən, təkcə iyun ayında ölkədən 75 min 185,41 ton meyvə və tərəvəz ixrac olunub. Bu məhsulların statistik dəyəri isə 139 milyon 102 min 340 ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında meyvə və tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 3,03 faizini, qeyri-neft sektoru üzrə ixracın isə 8,9 faizini təşkil edib. Yanvar-may aylarında isə bu göstəricilər müvafiq olaraq 2,54 faiz və 6,91 faiz olub.