Almaniyanın 13 aeroportunda tətil elan edildİ

Dünya
10-03-2025 - 17:46
Almaniyanın 13 hava limanında əməkdaşlar birgünlük tətil elan ediblər.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, aeroport işçiləri maaş artımı tələb edirlər.
Tətil səbəbindən gün ərzində təqribən 3500 reys ləğv ediləcək. Bu isə 500 mindən çox sərnişinə təsir edəcək.
Aksiya Frankfurt, Berlin, Bremen, Köln, Dortmund, Düsseldorf, Hamburq, Hannover, Leypsiq, Münhen və Ştutqart kimi şəhərlərdə keçirilir.
Almaniyanın Aviasiya Sənayesi Federal Assosiasiyası əməkdaşların tətilini qəbuledilməz adlandırıb.
Mövzular:
Oxşar xəbərlər
Rusiyada hərbi xidmətə çağırış prosedurunun dəyişdirilməsi layihəsi dəstəkl...
Dünya10:45 / 27-01-25