"Ağ Ev" yaxınlığında atışma olub

"Ağ Ev" yaxınlığında atışma olub
Dünya 09-03-2025 - 17:33

ABŞ Məxfi Xidməti Ağ Evin yaxınlığında silahlı şübhəli bilinən şəxsə atəş açıldığını bildirib.

Ajans.az bildirir ki, ABŞ Gizli Xidməti hadisə ilə bağlı yazılı açıqlama paylaşıb.

Açıqlamada deyilir ki, Məxfi Xidmət dünən İndiana ştatından olan silahlı "intihar" şübhəlisinin paytaxt Vaşinqtona səfər edə biləcəyi barədə məlumat alıb.

Açıqlamaya görə, yerli vaxtla gecə yarısı Ağ Evin yaxınlığında bu təsvirə uyğun bir şəxs və onun maşını görünüb və şübhəlinin silahlı olduğu müəyyən edilib.

Açıqlamada deyilir ki, şübhəli şəxs silahını səlahiyyətlilərə göstərib və Məxfi Xidmət əməkdaşları ona atəş açıb.

Şübhəlinin xəstəxanaya aparıldığı və başqa xəsarət alanın olmadığı, polisin hadisə ilə bağlı araşdırmalara başladığı bildirilib.

PAYLAŞ: