ABŞ HƏMAS tərəfdarlarının vizalarını və "green card"larını ləğv edəcək

ABŞ HƏMAS tərəfdarlarının vizalarını və "green card"larını
Dünya 10-03-2025 - 12:28

ABŞ Dövlət Departamenti Fələstinin HƏMAS hərəkatının tərəfdarlarının giriş vizalarını və "green card"larını ləğv edəcək və onların deportasiyasını həyata keçirəcək.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "X" sosial şəbəkə hesabında açıqlama verib.

"Biz HƏMAS tərəfdarlarının vizalarını və ya "green card"larını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər", - deyə ABŞ diplomatiyasının rəhbəri vurğulayıb.

O, bu fikirləri ABŞ immiqrasiya orqanları tərəfindən keçən yaz Nyu-Yorkdakı Kolumbiya Universitetində İsrail əleyhinə etiraz aksiyalarında fəal iştirak etmiş fələstinli Mahmud Xəlilin həbs olunması ilə bağlı yayılan məlumata münasibət bildirərkən səsləndirib. ABŞ mediasının məlumatına görə, onun tələbə vizası və "green card"ı ləğv ediləcək.

Xatırladaq ki, 2024-cü ildə ABŞ universitetlərinin kampuslarında Fələstini dəstəkləyən kütləvi etiraz aksiyaları baş verib. Aksiyalar polislə toqquşmalar və İsraili dəstəkləyən nümayişçilərlə qarşıdurmalarla müşayiət olunub. Etirazçıların əsas tələbi ABŞ hökumətindən İsrailə maliyyə dəstəyini dayandırmaq olub./oxu.az

PAYLAŞ: