7,3 bal gücündə zəlzələ baş verdi - Ölən var /YENİLƏNİB
Vanuatu sahillərində baş verən zəlzələ nəticəsində bir nəfər ölüb.
Ajans.az xəbər verir ki, bu barədə "Nzherald" nəşri məlumat yayıb.
Materialda qeyd olunur ki, qurbanların sayı daha çox ola bilər.
Yeni Zelandiyanın Xarici İşlər və Ticarət Nazirliyi də hadisədən sonra Vanuatudakı missiyasının binasına ciddi ziyan dəydiyini bildirib.
***
ABŞ Geoloji Xidməti, Sakit okean ada şəhəri Vanuatu sahillərində 7,3 bal gücündə zəlzələnin baş verdiyini və sunami xəbərdarlığının edildiyini bildirib.
Ajans.az xəbər verir ki, zəlzələ yerin 43 kilometr dərinliyində qeydə alınıb və Vanuatunun paytaxtı Port Viladan cəmi 30 kilometr qərbdə baş verib.
Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi Vanuatu sahil zolağının bəzi hissələrində bir metrə yaxınlaşan dalğaların yarana biləcəyi barədə xəbərdarlıq edib.
Daha sonra sunami xəbərdarlığı ləğv edilib.