5 bal gücündə zəlzələ baş verdi
ABŞ-nin Oreqon ştatının sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 16 min nəfərə yaxın əhalisi olan Kuz-Bey şəhərindən 124 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.