Zelenski-Tramp duelinin TAM MƏTNİ

Zelenski-Tramp duelinin
Gündəm 28-02-2025 - 23:17

Fevralın 28-də ABŞ Prezidenti Donald Tramp UkraynaPrezidenti Volodimir Zelenskini Ağ evin Oval kabinetində qəbuledib. Jurnalistlərin iştirakı ilə keçən görüş gərgin mübahisə ilə başa çatıb.

Ajans.az həmin gərgin anların stenoqramını təqdim edir.

Qeyd edək ki, mübahisə ABŞ-ın vitse-prezidenti Cey Di Vensin “Ukrayna Amerikanın sülh şərtlərinə razı olmalıdır” sözündən sonra başlayıb.

Zelenski ona cavab verəndə Tramp deyib: “Danışmağa icazəniz yoxdur.”

“Biz müharibənin başlanğıcından etibarən tək olmuşuq” – bu atmacaya Zelenski belə cavab verib.

Tramp isə əlavə edib: “Sizdə bizim hərbi avadanlıqlarımız olmasaydı, müharibə iki həftəyə bitərdi”.

Zelenski deyib: “Üç günə… bunu Putindən eşitmişdim. İndi iki həftə oldu”.

Cey Di Vens müdaxilə edərək deyib: “Heç olmasa quruca sağ ol deyin.”

Zelenski: “Mən Amerika xalqına təşəkkür etmişəm”.

Canlı yayımlanan videoda Ukrayna səfiri Oksana Markarovanın başını yellədiyi də görünür.

Zelenski daha sonra Trampa deyib: “Allah eləsin, sizdə müharibə olmasın”.

Tramp: “Siz bunu bilmirsiniz. Bizə nə hiss etdiyimizi söyləməyin”.

Sonra Tramp bildirib ki, Ukrayna gələcək razılaşmanın şərtlərini diktə etməli deyil: “Siz yaxşı vəziyyətdə deyilsiniz. Hazırda əlinizdə lazmi kartlar yoxdur”.

Zelenski belə cavab verib: “Mən kart oynamıram.”

Tramp: “Siz bizim ölkə ilə hörmətsiz davranırsınız, bu ölkə ilə oynamaq olmaz”.

Mübahisədən sonra Tramp “Bu, əla televiziya proqramı olacaq” deyə qeyd edib.

PAYLAŞ: