Reklam resmi
Reklam resmi

Kəmaləddin Heydərov onu vəzifəsindən AZAD ETDİ

Kəmaləddin Heydərov onu vəzifəsindən AZAD ETDİ
Gündəm

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Ajans.az xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun bir müddət əvvəl imzaladığı müvafiq əmri ilə sözügedən idarənin rəisi, polkovnik Əkbər Novruzov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Onun yerinə polkovnik-leytenant Əmir Səmədov təyin olunub.

Qeyd edək ki, polkovnik Əkbər Novruzov 2023-cü ilin avqust ayında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq sözügedən vəzifəyə təyin olunmuşdu. (qaynarinfo)

Mövzular:
Kəmaləddin Heydərov fövqəladə hallar naziri general-polkovnik Əkbər Novruzov Əmir Səmədov

Digər Xəbərlər