Zelenski ABŞ-yə getdi

Ukrayna prezidenti Vladimir Zelenskinin olduğu təyyarə gecə saatlarında ABŞ -dəki Endryus Hərbi Hava Qüvvələri bazasına eniş edib.
Ajans.az xəbər verir ki, bu, FlightAware uçuş izləmə xidməti məlumat verib.
Qeyd edildiyi kimi, prezidentə məxsus A319 reysi İrlandiyanın Şennon hava limanından havaya qalxaraq, Moskva vaxtı ilə səhər saat iki radələrində Merilend ştatında eniş edib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Zelenski ilə nadir torpaq ehtiyatlarına dair saziş imzaladığını açıqlamışdı. O, əlavə edib ki, Ukrayna lideri ilə razılığa gəlib və eyni zamanda razılaşmanın Ukrayna üçün faydalı olacağına aydınlıq gətirib.