Reklam resmi
Reklam resmi

Konqoda Ebola qurbanlarının sayı 930-a çatıb

Konqoda Ebola qurbanlarının sayı 930-a çatıb
Dünya

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması davam edir. Son sutka ərzində ölkədə daha 77 laboratoriya təsdiqli yoluxma halı qeydə alınıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə təsdiqlənmiş Ebola yoluxmalarının ümumi sayı 2 344-ə yüksəlib.

Son 24 saat ərzində daha 37 nəfərin həyatını itirməsi ilə Ebola qurbanlarının sayı 930-a çatıb. Hazırda ölüm göstəricisi 39,7 faiz təşkil edir.

Məlumata görə, hazırda 724 nəfər xəstəxanalarda və xüsusi təcridxanalarda müalicə alır. Yoluxmuş şəxslərlə təmasda olanların izlənilməsi göstəricisi isə 85,8 faizdir.

Xatırladaq ki, Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və qonşu Uqandada başlayıb. Hazırda Konqonun beş əyaləti virusdan təsirlənib. Epidemiyanın əsas ocağı isə İturi əyaləti hesab olunur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Konqo Afrika Ebola virus

Digər Xəbərlər