Yüksək texnologiyaya malik "Tesla" maşınlarının digər üzü... - FOTO
Kanadanın Toronto şəhərində baş verən yol qəzasında “Tesla” markalı avtomobilin elektron qapılarının açılmaması nəticəsində 4 gənc həyatını itirib.
Ajans.az xəbər verir ki, yoldan keçən poçt əməkdaşının pəncərəni sındırması nəticəsində avtomobildə olan qadın son anda xilas edilib.
Elektrik kəsildiyi zaman “Tesla”nın elektron qapı sistemi işləmir. Mütəxəssislər nəqliyyat vasitələrinin əl ilə açılma sisteminə malik olsalar da, bu xüsusiyyətin yaxşı bilinmədiyini və qəza zamanı istifadənin çətin olduğunu bildiriblər.
Yüksək sürətlə maneələrə çırpılan “Tesla”da olan 25 yaşlı Neelraj Qohil, onun 29 yaşlı bacısı Ketaba Qohil və onların dostları Cey Sisodiya və Diqvijay Patel dəhşətli şəkildə ölüB. Hadisə yerindən keçən “Canada Post” əməkdaşı Rik Harperin pəncərəni metal barmaqlıqla sındırması nəticəsində avtomobildə olan 20 yaşlı qadın son anda xilas edilib.
Sağ qalan qadın avtomobilin qapılarını içəridən aça bilmədiklərini və böyük çaxnaşma yaşadıqlarını bildirib. Məlum olub ki, qəza zamanı elektrik enerjisi kəsilərsə, “Tesla” avtomobillərində elektron qapı sistemi işləmir. ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsinin eyni “Tesla” modeli ilə bağlı 9 ayrı araşdırma apardığı öyrənilib. Polis qəzanın dəqiq səbəblərini araşdırır.