Vaksin həyatını dəhşətə çevirdi: Bədəni artıq ÇÜRÜYÜR

Vaksin həyatını dəhşətə çevirdi:
Dünya 15-10-2024 - 14:18

İrlandiyalı bir vətəndaş covid vaksinindən sonra başına gələn fəlakətlərdən danışıb.

Ajans.az xəbər verir ki, Lerri Lou adlı şəxs bu barədə “Daily Mail”ə danışıb. O bildirib ki, ilk simptomlar özünü 2021-ci ildə “Pfizer” vaksinini vurdurduqdan sonra göstərib:

“Covid vaksini etdirmədən öncə tamamilə sağlam idim. Amma indi çətinliklə bir otaqdan o birinə gedə bilirəm. Bədənim artıq bir növ çürüməyə başlayıb. Peyvənddən sonrakı günlərdə üzümün sağ tərəfində uyuşma və dözülməz ağrı başladı. Mən əvvəllər gündə 10 km qaçırdım. Əvvəllər düşünürdüm ki, bu ağrılar keçib gedəcək. Amma son 2 ildə ağrılar o qədər pisləşdi ki, tibbi səbəblərdən təqaüdə çıxdım”.

Həkimlər Louya bildirib ki, onun tam sağalma ehtimalı yoxdur. Həmçinin bəzi tibb mütəxəssisləri onun vaksindən dolayı bu vəziyyətə düşdüyünə əmindir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: