Ukrayna bu tarixdə silah sıxıntısı yaşaya bilər

ABŞ Ukraynaya silah yardımını kəsərsə, Kiyevin yaydan sonra qabaqcıl döyüş sursatları çatışmazlığı ilə üzləşəcəyi gözlənilir.
Ajans.az xəbər verir ki, bu barədə Wall Street Journal (WSJ) məlumat yayıb.
Prezident Donald Tramp Kiyevə yardımı kəsərsə, Ukrayna ən müasir silahlarını itirə bilər.
ABŞ yardımı olmadan Ukrayna və müttəfiqlərinin ölkənin hərbi texnika açığını bağlamaqda çətinlik çəkəcəyi bildirilib və Ukraynanın ABŞ-nin yardımı olmadan indiki qüdrətini “yay aylarına qədər” saxlaya biləcəyi, lakin sonradan sursat problemi yaşaya biləcəyi vurğulanıb.
Hərbi yardımın kəsilməsi “ən pis vəziyyət” ssenarisidir. Ukrayna prezidenti Vladimir Zelenskinin baş köməkçisi deyib ki, Vaşinqtonun hərbi yardımının kəsilməsi Ukraynanın öz hərbi istehsalını artırmalı və Avropadan daha çox dəstək istəməli olacağı “ən pis ssenari” dir.
Rəsmilər və ekspertlər deyirlər ki, ABŞ-dən göndərilən yüklər bitdikdən sonra Ukraynanın uzun mənzilli zərbə imkanları və arxa xətlərini qorumaq qabiliyyəti əhəmiyyətli dərəcədə zədələnəcək.
Ekspertlər Avropanın ABŞ-nin boşluğunu tam doldura biləcəyinə də şübhə edirlər. Tramp bu günə qədər Ukraynaya 300 milyard dollardan çox pul xərclədiklərini və Avropanın sülhə aparan prosesdə daha böyük rol oynamalı olduğunu qeyd edib.
Seçki kampaniyası zamanı “Ukraynada müharibəyə son qoyacağına” söz verən Tramp vəzifəyə gəldikdən sonra uzun fasilədən sonra müharibə ilə bağlı diplomatik fəaliyyət başlayıb.