Türkiyədə 100-ə yaxın hotel bağlandı

Gündəm
02-02-2025 - 13:34
Türkiyənin Aralıq dənizi sahillərində yerləşən Muğla vilayətində tənzimləyici orqanların yoxlamalarından sonra 100-ə yaxın hotel qanun pozuntularına görə bağlanıb və möhürlənib.
Ajans.az xəbər verir ki, bu barədə yerli hökumət orqanlarına istinadən NTV telekanalı məlumat yayıb.
Məlumata görə, 503 mehmanxana və qonaqlama obyektinə baxış keçirilib, onlardan 95-i qanun pozuntularına görə bağlanıb və çatışmazlıqlar aradan qaldırılana qədər möhürlənib, 392-si fəaliyyətini davam etdirib.
Qeyd edək ki, Kartalkaya dağ-xizək kurortunda baş verən faciədən sonra Turizm Nazirliyinin yaydığı qərar əsasında Türkiyə hotellərində yoxlamalar aparılır.
Oxşar xəbərlər
Qoşqar Təhməzlidən sahibkarlara təkbətək görüş TƏKLİFİ: AQTA-da nə baş verir?
Gündəm15:54 / 05-02-25
"Tiktok"da əxlaqsızlığı təbliğ edən şirkətlərin ADLARI - Siyahıda məşhurlar var
Gündəm10:43 / 24-12-24
"60 mindən çox əcnəbinin iştirakı COP29-u boykotla bağlı..." - Hikmət Hacıyev
Gündəm06:10 / 12-11-24