Türkiyə hava limanlarında uçuşlar gecikib

Türkiyə hava limanlarında
Gündəm 26-11-2024 - 15:56

Türkiyə hava limanlarında pasport nəzarəti üçün istifadə edilən POLNET polis sisteminin nasazlığı səbəbindən problem yaranıb.

Ajans.az xəbər verir ki, bu barədə "Havahaber" məlumat yayıb.

Noyabrın 26-da minlərlə sərnişinin pasport nəzarətindən keçə bilmədiyi və bu səbəbdən hava limanlarında uzun növbələrin yarandığı bildirilir. Antalya və İstanbul hava limanlarından uçuşlar 30-40 dəqiqə, hətta bir saat gecikib.

Problemlə bağlı sərnişinlərə səsgücləndirici vasitəsilə məlumat verilib. Bir müddət sonra nasazlıq aradan qaldırılıb.

PAYLAŞ: