“Turan Tovuz” “Sabah”a məğlub oldu

Misli Premyer Liqasının XXII turunda “Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub.
Ajans.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.
Meydan sahiblərindən Pavol Safranko (50-p.) və Cesse Sekidika (59) fərqlənib. “Turan Tovuz”un yeganə qolunu isə Aleks Souza (15) rəqib qapısından keçirib.
Hazırda turnir cədvəlində beşinci pillədə yer alan “Sabah” bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldib. 36 xala malik “Turan Tovuz” isə dördüncüdür.