Trampın prokuror namizədi haqqında ŞOK FAKTLAR : Gizli sənədlər üzə çıxdı və...

Trampın prokuror namizədi haqqında ŞOK FAKTLAR :
Prokuror
Dünya 21-11-2024 - 15:32

ABŞ-nin yeni prezidenti seçilən Donald Trampın baş prokurorluğa namizədi Mett Gaetz haqqında təəccüblü fayllar üzə çıxıb.

Ajans.az xəbər verir ki, Gaetzin narkotik də daxil olmaqla 18+ məclislərə qatıldığı və bu cür yollarla şəbəkə qurduğu bildirilib. Azyaşlı da daxil olmaqla qadınlara edilən ödənişlərin 10 min dollar civarında olduğu açıqlanıb.

Hal-hazırda ABŞ gündəmi Donald Trampın baş prokurorluğa namizədi Mett Gaetzlə bağlı fayllardır. Federal müstəntiqlər bildirib ki, Gaetz ilə narkotiklərin də daxil olduğu seks məclislərinə qatılan çoxlu dostları və tərəfdaşları birlikdə ödəniş şəbəkəsi qurublar.

Gaetzdən pul alanlar arasında onları cinsi əlaqə üçün işə götürdüyünü ifadə edən iki qadın da var. Vəkil qadınlara edilən ödənişlərin ümumilikdə 10 min dollar civarında olduğunu bildirib.

“The Times” qəzetinin əldə etdiyi sənəd federal müstəntiqlər tərəfindən seçilmiş prezident Donald Trampın baş prokurorluğa namizədi olan Gaetz-in seks alveri ilə bağlı araşdırması zamanı bir araya gətirilib. Sənəddə Gaetz və bir dostunun federal və konqres müstəntiqlərinə verdiyi ifadəyə əsasən, Venmo (mobil ödəniş xidməti – red) vasitəsilə 2017-2020-ci illərdə həmin məclislərdə iştirak edən bir çox insana minlərlə dollar göndərdiyi göstərilir.

Sənədə görə, Gaetz-in dostundan ödəniş alanlar arasında məclislərdən birində iştirak edən 17 yaşında olan başqa bir qadın da var. 42 yaşlı Gaetz 2017-ci ildən keçən həftəyə qədər Floridanı Konqresdə təmsil edib. Hər hansı bir qanun pozuntusunu şiddətlə inkar edən Gaetz haqqında federal istintaq ona qarşı heç bir ittiham irəli sürülmədən Ədliyyə Departamenti tərəfindən bağlanıb.

Sənəd, Gaetz haqqında tərtib etdiyi hesabatı yaymaq üçün artan təzyiqlər fonunda dünən toplanan Nümayəndələr Palatasının Etika Komitəsi tərəfindən ələ keçirilib. İstintaq zamanı toplanan sənədlər məxfi olaraq qalıb, çünki departament hər hansı bir qanun pozuntusunu Gaetz-ə aid etməkdən imtina edib.

Hadisələrin necə cərəyan edəcəyi ABŞ sakinlərinin maraq dairəsinə çevrilib. İnsan alverçisi olduğu iddia edilən Gaetzin aqibəti hələ məlum deyil.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: