Trampdan İranla bağlı qorxulu sözlər- "Nəsə baş verəcək"

Dünya siyasətində növbəti aktual məsələ İranın nüvə proqramı ətrafında yaranacaq vəziyyət olacaq.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
"Növbəti danışacağımız məsələ İrandır və onu nələr gözlədiyini görəcəyik. Maraqlı günlər qarşıdadır. Sizə deyə biləcəyim tək şey budur," – deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Onun fikrincə, vəziyyət həlledici mərhələyə çatıb:
"Nə olacağını görəcəyik. Son toxunuşları edirik. Onların nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Tezliklə nəsə baş verəcək. Ümid edirik ki, sülh razılaşmasına nail ola bilərik."
Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
Mövzular:
Oxşar xəbərlər
Qadağa dekabrın 1-dən qüvvəyə minir: Qaz sobası olan mənzillərin sahibləri CƏRİMƏLƏNƏCƏK
Dünya14:34 / 16-11-24