Tramp: “ABŞ dünyanın ən pis təhsilinə sahibdir”

Gündəm
10-03-2025 - 08:32
“ABŞ Təhsil Nazirliyi və Amerika təhsili dünyada ən pisdir”.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
Ondan Təhsil Nazirliyinin ləğvi ilə bağlı planlardan danışmağı xahiş ediblər.
“Biz məktəbləri ştatlara qaytarmaq istəyirik, çünki sözün əsl mənasında dünyanın ən pis Təhsil Nazirliyi və təhsilinə sahibik. Biz siyahının ən sonundayıq. İstəyirik ki, ştatlar məktəbləri idarə edə bilsinlər. Onlar dünyanın ən yaxşı Təhsil Nazirliklərindən heç də pis idarə etməyəcəklər”, - deyə prezident vurğulayıb.
Mövzular:
Oxşar xəbərlər
"Pilotlar bilirdilər ki, qəza enişindən sağ çıxa bilməyəcəklər" - İlham Əliyev
Gündəm11:17 / 29-12-24