"TikTok" qadağan edildi - Məhkəmə qərar verdi

"TikTok" qadağan edildi - Məhkəmə
TikTok
Dünya 07-12-2024 - 12:25

ABŞ-nin federal məhkəməsi “TikTok”un ABŞ istifadəçilərinin məlumatlarını topladığını əsas gətirərək qadağan edən qanunları təsdiqləyib.

Ajans.az xəbər verir ki, üç hakimdən ibarət Apellyasiya Məhkəməsi heyəti “TikTok”un Çin ana şirkətindən məşhur sosial media tətbiqini satmasını və ya girişin qadağan edilməsini və bloklanmasını tələb edən qanunun lehinə səs verib. Kolumbiya Dairə Apellyasiya Məhkəməsi “TikTok”un qanuna qarşı iddiası ilə bağlı qərar çıxarıb. 

Üç hakimdən ibarət Apellyasiya Məhkəməsi heyəti “TikTok”un Çin ana şirkətindən məşhur sosial media tətbiqini satmasını, girişin qadağan edilməsini və bloklanmasını tələb edən qanunun lehinə səs verib. Məhkəmə heyəti “TikTok”un qadağanın Amerika Konstitusiyasının 1-ci maddəsindəki ifadə azadlığına və ABŞ-nin “açıq internet” siyasətinə zidd olduğu iddiasına qarşı çıxıb.

Bayden administrasiyası “TikTok”a 2025-ci il yanvarın 19-na qədər vaxt verib ki, Çin “ByteDance” ilə əlaqələri dayandırsın, əks halda şirkət ABŞ-də qadağan ediləcək və istifadəçilər tərəfindən girişi bloklanacaq.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: