Terror aktı baş verdi: Ölən və yaralılar var
İsrailin cənubundakı Beerşeba şəhərində terror aktı baş verib.
Ajans.az xəbər verir ki, bu barədə İsrail polisi öz Telegram kanalında məlumat yayıb.
Oktyabrın 6-da günorta saatlarında naməlum şəxsin şəhərin mərkəzi stansiyasında atəş açdığı bildirilir. Terror aktı nəticəsində bir neçə nəfər yaralanıb.
“Terrorçu zərərsizləşdirilib, cənub bölgəsindən çoxlu sayda polis qüvvələri hadisə yerindədir”, - mesajda vurğulanır.
RİA Novosti-nin həkimlərə istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.