"Telegram"da yeni fırıldaqçılıq üsulu ortaya çıxdı

"Telegram"da yeni fırıldaqçılıq üsulu
Dünya 21-10-2024 - 17:43

Cinayətkarlar Rusiyada “Telegram” istifadəçilərinə təhlükəli mesajlar göndərməyə başlayıblar.

Ajans.az xəbər verir ki, RusiyanınDaxili İşlər Nazirliyi yeni aldatma üsulu ilə bağlı təfərrüatları təqdim edib.

İdarə istifadəçiyə “apk” faylı və “Salam, şəkil çəkirsən?” mesajı göndərən naməlum şəxslə yazışmaların skrinşotunu yayıb. "Şəklin zərərli proqramdan fərqli olaraq apk uzantısı ola bilməz. Əgər belə bir mesaj alsanız, heç bir halda faylları yükləməyin", - deyə, Daxili İşlər Nazirliyi xəbərdarlıq edib.

Qeyd edək ki, bu problem yalnız Rusiyada yox, bir çox yaşanır. “Telegram hacking”, “Telegram rat”, yəni “Telegram” platforması üzərindən yayılan kiberhücumlar çox məşhurdur.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: