TƏCİLİ: Adnan Əhmədzadə Messini "Qalatasaray"a GƏTİRİR - KİV
Lionel Messi bir gün “Qalatasaray”a gələcəksə, bunda azərbaycanlı iş adamı Adnan Əhmədzadənin böyük payı olacaq.
Ajans.az “Haberler merkezi”nə istinadən xəbər verir ki, Qalatasaray komandası UEFA Avropa Liqası matçı üçün İsveçə gedərkən bir menecer və iki mütəxəssis sakitcə Azərbaycana uçub. Paytaxt Bakıda növbəti mövsümə yekun vurulacaq formanın ön sponsorluğu üçün SOCAR şirkətinin rəsmiləri ilə görüş keçirilib. Prinsipcə razılıq əldə olunub. Sponsorluğun genişləndirilməsi və rəqəmin artırılması ilə bağlı konsensus əldə olunub.
Həmin dövrdə Lionel Messi də Bakıda olub. Dünyaca məşhur ulduzu Bakıya gətirən şəxs SOCAR-ın “Qalatasaray” üzrə forma sponsoru olması təşəbbüsü ilə çıxış edən Adnan Əhmədzadə olub.
Əhmədzadənin Messi üçün verdiyi və Luis Suares, Serxio Busquets və Jordi Albanın da qatıldığı naharda “Qalatasaray” meneceri də iştirak edib. Messini Azərbaycana gətirən ABDA Holdinqin prezidenti kimi həmin şam yeməyini verən Əhmədzadə “Qalatasaray” menecerini təqdim edib.
Türk Cümhuriyyətləri ilə ticari əlaqələri olan "Qalatasaray" meneceri Messi ilə birlikdə Bakıya gedən müşaviri ilə də bir müddət görüşüb. Dursun Özbekin çox güvəndiyi bu ad Əhmədzadəyə “Bakı sizin sayənizdə Messini gördü. “Qalatasaray”da da görəcəyik” sözlərini işlədib. Azərbaycanlı iş adamının cavabı isə “Gəlin görək, inşallah” olub.