Reklam resmi
Reklam resmi

Braziliyadan BMT və FIFA-ya rəsmi şikayət  

Braziliyadan BMT və FIFA-ya rəsmi şikayət  
İdman, Dünya

Braziliya hökuməti 2026-cı il futbol üzrə dünya çempionatı zamanı baş verdiyi iddia olunan irqçilik halları ilə bağlı BMT-yə və FIFA-ya rəsmi şikayət ünvanlayıb.

Ajans.az  "Globo" nəşrinə istinadən xəbər verir ki, Braziliya tərəfi irqçilik hallarının qarşısının alınması, bu faktların araşdırılması və məsul şəxslərin cəzalandırılması üçün zəruri tədbirlərin görülməsini tələb edir.

Məlumata görə, şikayətdə konkret insidentlər barədə məlumat verilməyib.

Braziliya millisi dünya çempionatında çıxışını 1/8 final mərhələsində başa vurub. Komanda bu mərhələdə Norveç yığmasına 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Bundan əvvəl Braziliya Prezidenti Luiz İnasio Lula da Silva millinin 2026-cı il dünya çempionatında uğursuz çıxışını tənqid etmişdi.

Qeyd edək ki, futbol üzrə 2026-cı il dünya çempionatı iyunun 11-də başlayıb və iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Turnirin son qalibi Argentina millisidir.

Mövzular:
Braziliya Luiz İnasio Lula da Silva BMT FIFA

Digər Xəbərlər