Sumqayıtda iynədən şoka düşən 30 yaşlı kişi öldü
Sumqayıtda anası vurduğu iynədən şoka düşən 30 yaşlı kişi ölüb.
Ajans.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
1994-cü il təvəllüdlü Qurbanov Murad Məlik oğluna evdə anasının vurduğu antibiotikdən öldüyü bildirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.