Dəhşətli yol qəzası: Avtomobilin içində olan hər kəs öldü
Moskva vilayətində polis əməkdaşları Domodedovoda beş nəfərin ölümü ilə nəticələnən qəzanın səbəblərini araşdırır.
Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsi özünün Telegram kanalında məlumat yayı.
Polisdən verilən məlumata görə, “Lada” markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsinə çıxıb və orada “Scania” markalı yük maşınına çırpılıb.
Avtomobilin sürücüsü və 4 sərnişini toqquşmadan xilas ola bilməyiblər.
Hadisə yerinə Dövlət Yol Müfəttişliyi əməkdaşları cəlb olunub.