Zərdabda “Mercedes” aşdı, sürücü öldü - Video

Zərdabda “Mercedes” aşdı, sürücü
qəza
Hadisə 17-03-2025 - 11:30

Dünən Zərdab-Kürdəmir yolunda ağır qəza baş verib.

Ajans.az xəbər verir ki, “Mercedes” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, qəza nəticəsində avtomobilin sürücüsü vəfat edib: “Dünən günorta saatlarında Zərdab rayonunun İsaqbağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini A.Abbasov idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil aşıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Araşdırmalar aparılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: