Spirtdən daha bir ÖLÜM: Bakıda nömrəsiz maşından meyit TAPILDI

Spirtdən daha bir ÖLÜM:
Gündəm 03-03-2025 - 23:26

Bakıda avtomobildən meyit tapılıb.

Ajans.az Lent.az-a istinadən məlumat verir ki, hadisə Yasamal rayonunun 2-ci Alatava yaşayış sahəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən avtomobil təmiri sexinin qarşısında dövlət qeydiyyat nişanları olmayan "Hyundai" markalı avtomobilin içərisində naməlum kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1987-ci il təvəllüdlü Faiz Vladimiroviç Bastrakov olması müəyyən edilib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Mərhumun spirtdən zəhərlənərək öldüyü ehtimal edilir. O həmçinin narkotik aludəçisi olub.

Ölümün dəqiq səbəblərini müəyyən etmək üçün meyit müayinəyə aparılıb və müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son günlər Bakıda 20-dən çox adam spirtdən zəhərlənərək ölüb.

PAYLAŞ: