Sabiq təbii sərvətlər nazirinə hökm oxundu
Moskvanın Butırski Məhkəməsi Trans-Baykal diyarının keçmiş təbii sərvətlər naziri Oleq Nekrasovu dörd dələduzluqda təqsirli bilib və onu 7 il müddətinə ümumi rejimli koloniyaya məhkum edib.
Ajans.az "TASS" istinadən xəbər verir ki, Moskvanın Butırski Rayon Məhkəməsinin hökmü ilə Oleq Vladimiroviç Nekrasov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsində (“Xüsusilə külli miqdarda dələduzluq”) nəzərdə tutulmuş dörd cinayəti törətməkdə təqsirli bilinib.
Nekrasovun yeddi il müddətinə azadlıqdan məhrum edildiyi, bir milyon rubl məbləğində cərimə edildiyi, həmçinin polkovnik xüsusi rütbəsindən və dövlət mükafatından məhrum edildiyi aydınlaşdırılır.
O, təqsirini etiraf edib və qanunsuz əməlləri ilə dəymiş ziyanı ödəyib.